Xəzər Xəbər

Bu gündən ov mövsümü açıldı

Cəmiyyət | 09:00 • 1 Oktyabr 2022
Bu gündən ov mövsümü açıldı

Azərbaycan Respublikası ərazisində 2022-2023-cü illərin ov mövsümü 2022-ci il 1 oktyabr tarixindən etibarən açıq elan edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, respublika ərazisində 2022-2023-cü illərin ov mövsümündə “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları” ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin (eco.gov.az) "Elanlar" bölməsində yerləşdirilib.

Xəbər lenti