Xəzər Xəbər

BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır

Dünya | 11:12 • 17 Avqust 2019
BMT yeni dəhşətli silah növünün yayılacağından narahatdır

BMT yeni dəhşətli silah növünün – ultramanevrli hipersəsli uçan aparatların yayılacağından narahatdır. ABŞ, Çin və Rusiyanın fəal şəkildə hazırladıqları və sınaqdan keçirdikləri bu aparatların beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olacağı bildirilir.


AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın ekspertləri bu silah növü ilə bağlı hazırladıqları hesabatda raket tipli bu təhlükəli aparatların hazırlanmasını güclü dövlətlər arasında silahlanma yarışının yeni mərhələsi kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, ultramanevrli hipersəsli planlayan aparatların tətbiqi məsələsinə də aydınlıq gətirilməyib. "Raket başlıqlarının xarakterinin (onlar nüvə və adi başlıqlar ola bilər), habelə potensial hədəflərin gizli saxlanılması göstərir ki, ən yüksək sürətə malik olacaq bu aparatların böyük təhlükə mənbəyi olacağını göstərir”, -deyə hesabatda vurğulanır. Müəlliflər onlardan nüvə zərbələri üçün istifadə olunacağı ehtimalının daha yüksək olduğunu da bildirirlər.


Digər tərəfdən, hesabatda yeni silah növünün beynəlxalq nəzarətdən kənarda olması da göstərilir. Qeyd olunur ki, hətta onların məhdud sayda yerləşdirilməsi, sınaqlarının keçirilməsi də atom silahları üzrə balansı ciddi şəkildə poza bilər. BMT ekspertləri diqqətə çatdırıblar ki, ABŞ-da bu cür aparatların hazırlanması üzrə bir neçə proqram həyata keçirilir.


Ultramanevrli hipersəsli uçan aparatlar üzərində işlər hələ 1980-cı illərdə Sovet İttifaqında aparılıb. Onun bugünkü variantı olan "Avanqard” raket kompleksi isə, Rusiya Prezidenti V. Putinin bildirdiyinə görə, 2019-cu ilin sonunda istismara buraxılacaq. Artıq Çində hipersürətli raketlərin doqquz sınağı keçirilib və onlardan altısı uğurlu olub. Fransa, Yaponiya və Hindistan da bu silah növünə böyük maraq göstərirlər.


Hesabata ön söz yazan BMT baş katibinin müavini İzumi Nakamitsu bildirib ki, bu silahların hazırlanması və sınaqları, habelə gələcəkdə istifadəsi təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, hipersürətli silahların yayılması onsuz da nəzarətdən çıxmış silahlanma prosesini daha da qorxunc hala gətirəcək.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti