Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə büdcəyə yenidən baxmağı təklif edib.
Bu məlumatı "Neytral Türkmənistan” qəzeti yayıb. Məlumata görə, Berdiməhəmmədov 2020-ci ilin ilk rübündə operativ tədbirlərə xüsusi diqqət ayırmağa, eləcə də türkmən biznesini dünya böhranının neqativ təsirindən qorumağa çağırıb.
Prezident, həmçinin kiçik və orta biznesin kreditləşməsi proqramının genişləndirilməsinin vacibliyi barədə danışıb./axar.az