Xəzər Xəbər

Gecə növbəsi işləyənlərdə bu xəstəliklər olur

Cəmiyyət | 13:27 • 24 Sentyabr 2019
Gecə növbəsi işləyənlərdə

Sutkalıq təbii ritmin pozulması immun hücüyrələrin işinə mənfi təsir edir.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, elmi fondun mütəxəssisləri olan onkoloq, nevroloq və kardioloqlar gecə növbəsində işləyənlər, eləcə də gecə yuxusu almayıb işini görən insanlarda piylənmə, kökəlmə və bağırsağın iltihabi xəstəlikləri yaranmasını aşkar edib.

İnsan orqanizminin bütün hüceyrələri daxili bioloji saata, yəni sutkalıq ritmə tabedir. Yəni hüceyrələr gündüz-gecə fərqli çalışır. Bu əmri isə baş beyin verir.
Ona görə gecələr yatmayıb işləyənlərdə cəmi 1 il ərzində sağlamlıqlarında ciddi fəsadlar yaranır, bağırsaq pozulur.

Belə ki, bağırsağı tənzimləyən xüsusi immun hüceyrələr çirkad genlərə tabedir. Gecə ilə gündüzün yeri qarışanda bağırsaqlarda infeksiyalarla mübarizə aparma sistemi zəifləyir, piy, yağlarən sovrulması pozulur.

Süni olaraq çirkad genlərin işini pozduqda bədəndə piy toplanması artır, bağırsaq divarlarının keçiriciliyi pozulur.

Günün işıqlı saatlarında beyin bağırsaqda olan bu genlərə aktivliyi azaltmaq əmri verir. Bu zaman qida ilə daxil olan yağ, piylər bağırsaq divarlarında qala bilir. Gecə olduqda, insan yuxuda ikən beyin gəmin genlərə əmr göndərir ki, bu yad agentlərlə mübarizə aparıb, bağırsaq divarını bərpa etsinlər.

İnsan yatmayıb işləyirsə, beyin gündüz rejimində olduğunu düşünür və bu əmr gecikir. Beləliklə, bu adamlarda bağırsaq divarı toksinlərlə dolur, iltihablaşır, piylər isə sovrulmur.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, yağış yağacaq
Güclü külək əsəcək, yağış yağacaq XƏBƏRDARLIQ
17:49 • 10 May 2024
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı YENİ QANUN
15:21 • 10 May 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
13:17 • 10 May 2024
Prorektorun qətlində təqsirli bilinən şəxslərə
Prorektorun qətlində təqsirli bilinən şəxslərə hökm oxunub
12:30 • 10 May 2024
Güclü maqnit qasırğası ilə bağlı
Güclü maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
11:45 • 10 May 2024
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb
10:20 • 10 May 2024
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat BAŞLADI
10:17 • 10 May 2024
Xətaidə mənzildən meyit
Xətaidə mənzildən meyit tapıldı
19:21 • 9 May 2024

Xəbər lenti