Xəzər Xəbər

Bakıda dayanacaqda ilan peyda olub – Hansı tədbirlər görüləcək? VİDEO

Veb TV | 20:50 • 27 Aprel 2024
Bakıda dayanacaqda ilan peyda olub – Hansı tədbirlər görüləcək?

Yol kənarı ilə sürünən ilan dayanacağa doğru gəlir.

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəndir. Dayanacaqda avtobus gözləyən sərnişinlərdən biri dərhal həmin anları mobil telefonla çəkib. İlanın dayanacağa doğru gəlməsi orda avtobus gözləyən sərnişinləri qorxudub.

Ətrafda olanlar yol kənərındakı dekorativ gülün dibinə girən ilanı çıxarmağa çalışsalar da, mümkün olmayıb. Su ilanı olduğu ehtimal edilən sürünən ətrafa qorxu saçıb.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin görüntülərlə bağlı rayon Gigiyena və Epidimiologiya şöbəsinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. İlanın zərərsizləşdirilməsi üçün tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar