Xəzər Xəbər

Bölgələrdə kartofun qiyməti UCUZLAŞDI VİDEO

Veb TV | 20:30 • 27 Aprel 2024
Bölgələrdə kartofun qiyməti UCUZLAŞDI

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədər  kartofa tələbatın azaldığını bildirirlər.

Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək, qiymətlərdən narazı olduğunu  bildirirlər.

Təsərrüfatçılar  birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıb. Fermerlər deyir ki, bu ilki mövsüm əlverişli keçsə də məhsuldarlıq çox aşağıdır.

Təsərrüfat sahibləri deyir ki, bir-neçə ildir toxumluq kartofun və mineral gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti