Xəzər Xəbər

Bakıda qaydaları pozan velosipedçilər necə aşkar ediləcək? VİDEO

Veb TV | 21:35 • 26 Aprel 2024
Bakıda qaydaları pozan velosipedçilər necə aşkar ediləcək?

Velosiped və skuter sürücüləri üçün işıqforlar quraşdırılır.

Xezerxeber.az xəbər verir ki, bir müddət əvvəl paytaxın əsəs küçə və prospektlərində iki təkərli bu nəqliyyat sürücüləri üçün zolaq salındı. Artıq onların hərfəkətinin düzgün təşkili üçün bəzi ərazilərdə işıqforlar qurulub. Məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaqdır.

Yeni qaydalar hərəkət zamanı bir sıra çətinliklərlə üzləşən velosiped və skuter sürücülərinin ürəyincədir.

Bəs qaydanı pozan velosiped və skuter sürücülərini qanunla nə gözləyir?.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti