Xəzər Xəbər

Novxanıda evləri su basıb VİDEO

Veb TV | 21:51 • 24 Mart 2024
Novxanıda evləri su basıb

Novxanı Bağlar yaşayış massivində qrunt və çirkab suları həyətlərə və evlərə dolub.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər iddia edirlər ki, duz gölü ətrafında Saraydan Novxanı istiqamətində magistral yol çəkilir.

Yol çəkilərkən sakinlərin evləri nəzərə alınmayıb. Yük maşınları ilə ərazidə böyük torpaq qatı yaradılıb. Sakinlərin yolu bağlanıb və qrunt sularının axıdılması üçün lazım olan drenaj ləğv edilib. Nəticədə sular həyətlərə, evlərin zirzəmilərinə dolur.

Sakinlərin sözlərinə görə, əvvəl qrunt suları yaxınlıqdakı gölə axıdılırmış, amma indi əraziyə daşınan torpaq buna imkan vermir.  

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə işi podraçı şirkət həyata keçirir. Amma həmin ünvandan adıçəkilən quruma heç bir müraciət daxil olmayıb. Əgər sakinlər müraciət edərlərsə, yaranmış problemin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti