Xəzər Xəbər

Tur-səyahətlər bahalaşıb VİDEO

Veb TV | 22:22 • 24 Mart 2024
Tur-səyahətlər bahalaşıb

Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ötən il Türkiyə şəhərlərinə gediş-dönüş qiyməti 750-800 manat olan aviabiletlər indi 450-550 manat arasında dəyişir. Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqaisədə tur-səyahət bahalaşır. Turistlər əsasən 7 gecə, 8 günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqasiədə indi qiymətlər artıb.

Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.

Ekspert deyir ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024