Xəzər Xəbər

Hamam otağında qazla işləyən su qızdırıcılarının istifadəsi qadağan edilir VİDEO

Veb TV | 12:49 • 29 Yanvar 2024
Hamam otağında qazla işləyən su qızdırıcılarının istifadəsi qadağan edilir

Bakıda yerləşən bir sıra yaşayış binalarında “pitminutka” kimi tanınan su qızıdırıcılarının hamam otağında istifadəsi qadağan olunur.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı bəzi vətəndaşlara xəbərdarlıq edilib, bir sıra mənzillərdə isə bu cihaza ayrılan qaz xətləri möhürlənib.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsinin sakinləri deyirlər ki, illərdir bu qurğudan istifadə ediblər. Bir neçə gün öncə isə “Azəriqaz” tərəfindən həmin cihazların hamamdan çıxarılması tələb olunub.

Sakinlərin dediyinə görə, onlara qadağalarla bağlı öncədən xəbərdarlıq edilməyib. Yalnız bir dəfə cihazlara baxış keçirilib və istifadəsi məhdudlaşıdırlıb. Möhürün qırılacağı təqdirdə isə cərimə olunacaqları bildirilib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev “Xəbər Ertəsi”nə bildirib ki, Nazirlər Kabineti tərəfindən müəyyən olunan qaydalara əsasən yanvar ayının əvvəlindən mənzillərdəki qaz cihazlarının texniki müayinəsinə başlanıb. Müayinələr zamanı mətbəxin yerinin, eləcə də qaz xətlərinin evin daxilindəki hissəsinin dəyişdirilməsi halları, vanna otaqlarında olan cihazların parametrlərə uyğunluğu  yoxlanılır.

Eldəniz Vəliyev bildirib ki, dəm qazından zəhərlənmə hallarının əksəriyyəti hamam otaqlarında baş verdiyindən mənzilin bu hissəsinə qazla işləyən su qızıdırıcının qoyulması qadağan edilir.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar