Xəzər Xəbər

Cəlilabad və Goranboyda ağır yol qəzaları - iki nəfər həlak olub VİDEO

Veb TV | 19:43 • 29 İyun 2022
Cəlilabad və Goranboyda ağır yol qəzaları - iki nəfər həlak olub

Cəlilabadın Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş verib. Nəticədə bir nəfər həlak olub.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəran istiqamətində hərəkətdə olarkən minik avtomobili başqa bir maşınla toqquşub. Nəticədə avtomobillərdən birində olan Cəlilabad rayonu, Sabirabad kənd sakini 18 yaşlı Dünyamalı Məmmədov hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobilin sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda baş verən qəza zamanı isə yük maşınını təmir edən sürücü ölüb. Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində hərəkətdə olan yük avtomobilində nasazlıq yaranıb. Sürücü, Yevlax rayon sakini Kənan Kərimov nəqliyyat vasitəsini saxlayaraq onu təmir etməyə başlayıb. Bu zaman hərəkətdə olan başqa bir avtomobil həmin yük maşınına çırpılıb. Nəticədə 50 yaşlı sürücü Kənan Kərimov avtomobillərin arasında qalaraq ağır xəsarət alıb. Yaralı Gəncədə yerləşən xəstəxanalaradan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti