Xəzər Xəbər

Şuşada genişmiqyaslı quruculuq işləri aparılır VİDEO

Veb TV | 20:23 • 28 May 2022
Şuşada genişmiqyaslı quruculuq işləri aparılır

Tarixi şəhərimiz, Şuşada böyük abadlıq-quruculuq işləri aparılır. Şəhərin tarixi qorunmaqla siması dəyişdirilir. Yaşayış binaları, hotel və ictimai binalar tikilir.

Xezerxeber.az-ın məlumatına görə, 28 illik işğal dövründə  ermənilər  tərəfindən dağıdılan Şuşa, dövlət başçısı İlham Əliyevin sərəncamı və tapşırıqlarına əsasən yenidən qurulur, müasirləşir və şəhərin tarixi görkəmi bərpa edilir.

Şuşa Şəhər İcra Hakimiyyətinin inzibati binası yenidən tikilir. Tikinti işlərinin qısa zamanda başa çatdırılması üçün əraziyə texnika və işçi qüvvəsi cəlb olunub.

19-cu əsrə məxsus Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.

Hazırda qədim şəhərdə bir çox tarixi binaların bərpası həyata keçirilir. 18-ci əsrə məxsus Şirin su hamamında Heydər Əliyev Fondu tərəfindən  bərpa işlərinə başlanıb.

Şuşada Mehmandarovlar ailəsinin malikanəsində bərpa işləri başa çatmaq üzrədir.

Şuşa şəhərinin işıqlandırılması üçün müasir elektrik şəbəkəsi qurulub. Ölkədə ilk dəfə olaraq energetika sahəsində rəqəmsal idarəetmə sistemi qurulub. Şəhərin elektrik sistemi bir mərkəzdən idarə olunur.

Azad Şuşaya səfər edən paytaxt sakinləri isə burada aparılan işlərə öz heyranlıqlarını gizlədə bilmirlər.

Görülən işlərin qısa vaxt ərzində yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti