Xəzər Xəbər

Abşeronda kişi arvadını bıçaqlayıb, sonra özünü öldürüb VİDEO

Veb TV | 20:47 • 4 May 2022
Abşeronda kişi arvadını bıçaqlayıb, sonra özünü öldürüb

Abşeron rayonunun Güzdək qəsəbəsində kişi arvadını bıçaqlayıb, sonra evin damına çıxaraq özünü öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, qəsəbə sakini 51 yaşlı Eldar Məmmədov həyat yoldaşı 43 yaşlı Radə Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub.

Məlumata görə, qadın qəsəbədəki istixanaların birində çalışırmış. Hadisənin qısqanclıq zəmnində törədildiyi iddia edilir.

Xəstəxanaya yerləşdirilmiş Radə Məmmədovanın vəziyyəti ağırdır.

Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti