Xəzər Xəbər

Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? VİDEO

Veb TV | 14:18 • 26 Yanvar 2022
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır?

Bir neçə müddətdir müşahidə edirik ki, vətəndaşlar dərmanların keyfiyyətindən, eynilə də qiymətindən çox narazıdırlar. İnsanların əksəriyyəti istifadə etdikləri dərmanların heç bir işə yaramadığını iddia edir. Bildirirlər ki, hansısa xəstəlikdən əziyyət çəkdikləri zaman həkim məsləhəti ilə olsa belə aldıqları dərmanlar sadəcə, pullarının boşuna xərcləməkdən başqa bir şey deyil. Hətta dərmanlara çoxlu pul töküb sonda ucuz və təbii vasitə ilə sağlamlığına qovuşanlar da az deyil. 

Mövsümi xəstəliklərin çoxalması insanların dərman preparatlarına olan tələbatını artırıb. Ancaq nədənsə son vaxtlar dərmanların keyfiyyəti ilə bağlı şikayətlər eşidilir. Belə ki, bu preparatların xəstəliyin qarşısını almadığını düşünənlər az deyil. 

Əczaçılar isə deyir ki, dərman alarkən ilk növbədə onun tərkibinə və yan təsirlərinə diqqət edilməlidir. 

Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət labaratoriyasının müdiri Çingiz Şükürovun sözlərinə görə, preparatlar qeydiyyatdan keçdikdən sonra ölkəyə idxal olunur.

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov isə deyir ki, təkcə dərmanların keyfiyyəti yox, apteklərdə qiymətlərin fərqli olması ilə də bağlı da şikayətlər çoxalıb.

Xarici apteklərin Bakıdakı filiallarında isə vəziyyət fərqlidir. Belə ki, müşahidələrimizə əsasən həmin apteklərdə bəzi dərman preparatlarının qiyməti yerli apteklərlə müqayisədə azı 20 faiz bahadır.

 

Xəbər lenti