Xəzər Xəbər

Yasamal rayonunda şəhidlərin xatirəsinə həsr olunan memorial kompleksin açılışı olub  VİDEO

Veb TV | 21:10 • 30 Noyabr 2021
Yasamal rayonunda şəhidlərin xatirəsinə həsr olunan memorial kompleksin açılışı olub 

Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan Yasamal rayon sakinlərinin əziz xatirəsinə həsr olunan memorial kompleksin açılışı olub. 

Xezerxeber.az-ın məlumatına görə, xatirə kompleksinin üzərində 339 şəhidin adı və soyadı əks olunub.

Açılış mərasimində Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra fəxri qarovulun müşayiəti ilə xatirə kompleksinin önünə əklil və güllər qoyulub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisinin sədr müavini Adil Əliyev, "Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, xatirə kompleksi şəhidlərin ruhuna bir ehtiramdır. O vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmi, şəhid və qazilərin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində parlaq zəfər əldə edib. Qeyd olunub ki, şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaq.

Açılış mərasimində iştirak edən "Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov bildirib ki, şəhidlik ən ali məqamdır və hər kəsə bu zirvə qismət olmur.

Xatirə kompleksində bulaq da inşa edilib. Tədbirdə şəhid övladları kompozosiya ilə çıxış ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti