Xəzər Xəbər

Gəncədə və Xaçmazda oğurluq olub VİDEO

Veb TV | 20:09 • 30 Noyabr 2021
Gəncədə və Xaçmazda oğurluq olub

Gəncədə mexaniki su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Əjdər Babazadə vətəndaşlara məxsus 13 ədəd su sayğacını oğurlayıb. O, törətdiyi əməli etiraf edib.

Vətəndaşlara ümumilikdə 520 manat məbləğində zərər vurulduğu bildirilir.

Xaçmazda isə qəbiristanlıqdan oğurluq olub. Hacıəlibəy kəndindəki qəbiristanlıqdan güldanlar oğurlanıb. Ölənlərin yaxınları ehtimal edirlər ki, güldanlar ağır olduğundan onları bir deyil, bir neçə nəfər aparıb.

Məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat verilib. Şöbədən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti