Xəzər Xəbər

"Talant Mərkəzi Asiya" şousunun ilk seçim günü başa çatdı VİDEO

Veb TV | 21:35 • 24 Noyabr 2021
"Talant Mərkəzi Asiya" şousunun ilk seçim günü başa çatdı

Azərbaycanın ilk dəfə qatıldığı və əsas tərəfdaşının "Xəzər" Televiziyası olduğu "Talant Mərkəzi Asiya" şousunun ilk seçim günü başa çatdı. Xarici ölkələrdən, eləcə də bakı və bölgələrdən öz bacarığı ilə seçilənlər Xəzər Media Mərkəzinə üz tutdular. Onların bir-birindən maraqlı istedadları sizi də təəccübləndirəcək.

Xaricdən, paytaxtdan və bölgələrdən öz istedadına güvənənlər səhər saatlarından "Xəzər Media Mərkəzi"nə axın etdilər.

Layihənin əsas tərəfdaşının "Xəzər Media Mərkəzi" olduğu "Talant  Mərkəzi Asiya" şousunun ilk seçim turu maraqlı və həyəcan dolu görüntülərlə yadda qaldı.

Seçimə gələnlər hərəsi bir bacarığı ilə münsiflər heyətinin diqqətini cəlb etmək üçün yarışırlar.

İki rəfiqə isə ilk dəfədir səhnəyə çıxacaqlar. Ancaq buna baxmayaraq, çox iddialıdırlar. Xanım iştirakçı isə yarışa qatılmaq üçün Norveçdən gəlib.

Gözübağlı rəsm çəkən bu şəxs isə artıq münsiflər heyəti qarşısında çıxışını tamamlayıb. O, çıxışının uğurlu alındığını dedi.

Münsiflərin onun sehrbazlıq ifasını necə qarşıladığını soruşduğumuz Cəfər Bağırov isə sualı özünəməxsus şəkildə cavablandırdı..

Günlük həyatda əlil arabasından istifadə edən Qəndab Ələkbərli isə tərəf müqabili ilə birgə rəqsi ilə münsiflər heyətini heyrətdə qoyduğunu dedi.

15 nəfərlik rəqs qrupu isə müsabiqənin seçim turuna ən çox sayla qatılan qrup oldu. Bildirirlər ki, işıqla rəqsləri ilə münsifləri heyrətləndirə biliblər.(rəqslərindən görüntü)

"Talant Mərkəzi Asiya" layihəsinin rəhbəri, eləcə də münsiflər heyətinin üzvü Serik Akışev bildirdi ki, Azərbaycan bu layihədə ilk dəfədir iştirak edir. Ancaq buna baxmayaraq, seçim turu üçün layihənin əsas tərəfdaşı olan Xəzər Media Mərkəzi prosesə çox böyük önəm verir və bütün hazırlıqlar peşəkarlıqla icra edilib. 


Münsiflər heyətində Azərbaycan tərəfindən iştirak edən peşəkar rəqqasə və aktrisa Oksana Rəsulova "Talant Mərkəzi Asiya" şousunun türkdilli ölkələr arasında bir incəsənət körpüsü olduğuna diqqət çəkdi.

Onu da qeyd edək ki, "Talant Mərkəzi Asiya" şousunun seçimi beş ölkədə-Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək. Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir. Yarışın seçim turu sabah da səhər saat 10-dan axşam saat 17:00-dək "Xəzər TV"də davam etdiriləcək.

 

Xəbər lenti