Xəzər Xəbər

Azərbaycan-Ermənistan sülh sazişinə az qaldı? - Çavuşoğludan VACİB AÇIQLAMA VİDEO

Veb TV | 15:05 • 28 Oktyabr 2021
Azərbaycan-Ermənistan sülh sazişinə az qaldı? - Çavuşoğludan VACİB AÇIQLAMA

"Ermənistanla münasibətlərə dair atdığımız addımları Azərbaycanla məsləhətləşməklə müəyyən edirik. Füzuli səfəri çərçivəsində də bu istiqamətdə müzakirələr apardıq. Ermənistan tərəfindən də önəmli mesajlar gəlib".

XəzərXəbər xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalının hazırladığı xüsusi proqramdakı çıxışında ifadə edib.

Ermənistanın atdığı addımlara Azərbaycan və Türkiyənin məsləhətləşərək qarşılıq verdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, artıq müharibə bitib və sülh sazişi imzalanmalıdır.

Mövcud vəziyyət barədə ətraflı məlumat verən Mövlud Çavuşoğlu deyib: “Qəbul edəcəyimiz qərarları, atacağımız birgə addımları hər kəs qəbul etməlidir. Ermənistan da artıq bunları qəbul edir”./redaktor

Həmin açıqlamanı videonun 45:42-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

Xəbər lenti

Çox oxunanlar