Xəzər Xəbər

Bərdədə küçədən beş yaşlı uşaq TAPILDI VİDEO

Veb TV | 13:20 • 19 Oktyabr 2021
Bərdədə küçədən beş yaşlı uşaq TAPILDI

Bərdə rayonunda küçədən beş yaşlı uşaq tapılıb.

XəzərXəbər xəbər verir ki, uşaq rayonun Heydər Əliyev prospekti ərazisində aşkarlanıb.

Uşaq anası və atası tərəfindən döyülərək küçəyə atıldığını iddia edib.

Azyaşlı rayon sakinləri tərəfindən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək RPŞ-yə gətirilib. 

Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib.

Azyaşlı uşaq himayəsində yaşadığı bibisinə təhvil verilib.

 

Xəbər lenti