Xəzər Xəbər

Şuşa bəyannaməsi tarixi əhəmiyyətə malikdir VİDEO

Veb TV | 22:16 • 20 İyun 2021
Şuşa bəyannaməsi tarixi əhəmiyyətə malikdir

İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu. Hər iki qardaş ölkə bu sənədi imzalamaqla həm də tarixi qars müqaviləsinə sadiqliq nümayiş etdiriblər.

Azərbaycan və türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki ölkə tarixində yeni səhifə açdı. Şuşada baş tutan imzalanma mərasimi hər iki qardaş ölkə arasında əlaqələrin bundan sonra ən yüksək səviyyəyə çatacağına işarədir.

Bəyannamədə yer alan bütün müddəalar Türkiyə ilə Azərbyacanın daha sıx  şəkildə əməkdaşlıq etməsinə səbəb olacaq. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq müstəvidə rolunu əhəmiyyətli dərəcədə  artıracaq. Bəyannamədə siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. 

Siyasi və hüquqi araşdırmalar mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, bəyannamədə əsas məqamlardan biri də iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Sənəddə Zəngəzur dəhlizi ilə bağlı müddəanın yer alması bu məsələdə azərbaycan dövlətinin bir daha prinsipial mövqe sərgilədiyini göstərir. Bu dəhlizin açılması qısa zamanda qərblə şərq arasında sivilzasiyalar arası münasibətlərin inkişafını, həm də iqtisadi proseslərin aktivləşməsini sürətləndirəcək.

Bəyannamədə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi, milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspora fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsi kimi vacib məqamlar da yer tutur. Şuşa bəyyannaməsi Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da güclənməsinə imkan yaradacaq.

Xəbər lenti