Xəzər Xəbər

Azərbaycanın qətiyyətli mövqeyi öz nəticəsini verir VİDEO

Veb TV | 19:58 • 13 İyun 2021
Azərbaycanın qətiyyətli mövqeyi öz nəticəsini verir

Azərbaycanın iradə, qətiyyət və prinsipiallığı öz  nəticəsini verdi. 30 ilə yaxın işğal dövründə Azərbaycan torpaqlarını minalayan ermənilər nəhayət ki, Ağdam rayonu üzrə  97 min tank və piyada əleyhinə ölüm tələlərinin xəritələrini təqdim etdilər. Prezident İlham Əliyev Ermənistan tərəfini bu məsələdə geri çəkilməyə və qarşı tərəfi konstruktiv mövqe tutmağa məcbur etdi.

Xezerxeber.az-ın məlumatına görə, hadisələrin gedişi göstərir ki, Ermənistanda bu məsələdə yersiz inad göstərməyin əbəs olduğunu artıq anlayıblar. Vəziyyət Azərbaycanın təklif etdiyi modelin  günün tələblərinə cavab verdiyini göstərir.

Mina xəritələrinin verilməsi Ağdamda aparılan quruculuq işlərinin sürətləndirilməsinə yardım edəcək. Dövlət başçısı İlham Əliyevin Ağdam ictimaiyyəti ilə görüşündə qeyd etdiyi kimi, elə bir Ağdam qurulacaq ki, dünya üçün örnək olacaq. Nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və bundan sonra Ağdam rayonunda çox görüşəcəyik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar