Xəzər Xəbər

Yol, yoxsa rəqs meydanı? VİDEO

Veb TV | 19:49 • 11 İyun 2021
Yol, yoxsa rəqs meydanı?

Bakıda bir qrup gənc Ağşəhər bulvarı kimi tanınan ərazidə yolda avtomobili saxlayıb, rəqs ediblər. Onlar bu zaman digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıblar. Buna görə də, onların bu əməli yoldan keçən sürücülər tərəfindən xoş qarşılanmayıb.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb və ictimai qınağa səbəb olub.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib ki, gənclər yol kənarında və yaxud da hərəkət hissəsində lüzumsuz  hərəkətlərlə sürücülərə maneə törədirlər.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları rəqs etməklə digər hərəkət iştrakçılarına mane olan həmin şəxsləri axtarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti