Xəzər Xəbər

Bakı metrosu hər gün işləyəcək VİDEO

Veb TV | 20:04 • 11 İyun 2021
Bakı metrosu hər gün işləyəcək

Bakı metrosu bu ay hər gün, yəni şənbə-bazar günləri də işləyəcək. Sərnişinlər səhər saat 6-dan gecə saat 12-ə kimi metrodan rahat şəkildə istifadə edə biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, Avropa çempionatı günlərində metronun qrafiki bir az da uzadılacaq.

Bəxtiyar Məmmədov deyib ki, oyun günləri ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq. Bundan başqa, gücləndirilmiş iş rejimində  çalışan metropolitendə operativ qərargah və mərkəzlər yaradılacaq.

Bəxtiyar Məmmədov bildirib ki, Avropa çempionatı  günləri metropolitenin 7 stansiyasında - "İçərişəhər", "Sahil", "28 May", Gənclik", "Nəriman Nərimanov", "Koroğlu" və "Nizami" stansiyalarında könüllülər fəaliyyət göstərəcəklər. Onlar əcnəbi azarkeşlərin suallarını cavablandıraraq, onlara məlumatverici bukletlər paylayacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti