Xəzər Xəbər

Mübahisə qətllə bitdi - Siyəzəndə video

Veb TV | 20:33 • 3 May 2021
Mübahisə qətllə bitdi - Siyəzəndə

Siyəzəndə ailədə baş verən mübahisə qanla bitib.

Xezerxeber.az-ın məlumatına görə, Siyəzən rayon, Zarat kəndində ata evinə gələn  Ləman Əliyeva həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

O, həyat yoldaşı  Hüseyn Hüseynov tərəfindən təhqir olunduğunu deyib. Atası Valeh Əliyev "Xəzər Xəbər"ə bildirib ki, 2 uşağı olan qızı dörd aydır onun evinə gəlib.

 Əri Hüseyn də hər dəfə onlara gələrək  nalayiq söyüşlərlə təhqir edirmiş. Bu dəfə də Hüseyn evə gələndə qaynı  Qabil Əliyevlə arasında mübahisə düşüb. Nəticədə Qabil yeznəsi Hüseyni bıçaqla qətlə yetirib.

Hadisə ilə bağlı qətlə yetirilən Siyəzən rayon sakini Hüseyn Hüseynovun yaşadığı ünvana yollandıq və açıqlama almağa cəhd etdik, amma mərhumun doğmaları danışmadılar.  

Hadisəni törətdikdən sonra Qabil Əliyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda cinayət işi başlanıb, Qabil Əliyev istintaqa cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti