Xəzər Xəbər

Hərbi səbəblərlə əlaqədar 9 nəfərin əlillik təyinatı ləğv olunub video

Veb TV | 20:08 • 3 May 2021
Hərbi səbəblərlə əlaqədar 9 nəfərin əlillik təyinatı ləğv olunub

Hərbi səbəblərlə əlaqədar bir neçə nəfərə təyin edilmiş əlillik ləğv olunub.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün  barələrində e-sistemə göndəriş daxil edilən, eləcə də  əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar olunan 18 şəxs əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizovanın sözlərinə görə, əyani müayinəsi aparılmış şəxslərin demək olar ki, yarısının xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Gülnar Əzizova qeyd edib ki, bu cür əyani müayinələr mütəmadi olaraq aparılır və əsas məqsəd əlillik təyinatlarının tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının ləğv edilməsidir.

Qurum rəsmisi əlavə edib ki, nazirlik tərəfindən mütəmadi olaraq keçirilən monitorinqlər nəticəsində 7 min saxta əlillik faktı qeydə alınıb və ləğv edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti