Xəzər Xəbər

Bakının bu ərazisində evlər plana düşdü VİDEO

Veb TV | 20:35 • 16 Aprel 2021
Bakının bu ərazisində evlər plana düşdü

Paytaxtın Nərimanov rayonunda pilot layihə çərçivəsində bir sıra binalar söküləcək. Ağa Nemətulla küçəsində yerləşən binalar artıq istismar müddətini bitirib. Bəzi binalar sakinlərlə razılaşdırılmaqla tam boşaldılıb. Bəzilərində isə hələ də yaşayış davam edir və şərtlərlə razılaşmayanlar da var.

Bakının Nərimanov rayonunda plana düşən yaşayış binaları söküləcək.

Söküntü işləri ilk olaraq Ağa Nemətulla küçəsində yerləşən binalardan başlanacaq. Artıq Ağa Nemətulla küçəsi 32 ünvanındakı binanın söküntü işlərinə hazırlıq görülür.

Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox olan yeni mənzillər verilir.

Sakinlər arasında şərtlərlə razılaşmayanlar da var. Bəziləri evlərini yeni təmir etdiyini və şirkətin verəcəyi təmirli mənzilin gözlədikləri keyfiyyətdə olmayacağını bildirir.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı söküntü-tikinti işləri dayandırılmışdı. Nərimanov rayonunda isə işlərə yenidən  start verilir. Sakinlərlə tikinti şirkətinin necə razılaşacağını isə zaman göstərəcək.

Xəbər lenti