Xəzər Xəbər

18 min şagird buraxılış imtahanı verdi VİDEO

Veb TV | 20:23 • 16 Aprel 2021
18 min şagird buraxılış imtahanı verdi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. 18 mindən çox şagird buraxılış imtahanı verib. Pandemiya qaydalarına uyğun təşkil olunan imtahanlar 14 şəhər və rayonda keçirilib.

Öncə hərarətləri yoxlanır, daha sonra imtahan binasına daxil olurlar.

Bu gün növbəti 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahanlar 11 şəhər və rayonda baş tutub. İmtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri yoxlanıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Abituriyentlərin bəziləri imtahandan yaxşı nəticə gözlədiklərini bildirsələr də, riyaziyyat fənni üzrə sualların daha çətin olduğunu deyiblər..

Sabahdan etibarən Dövlər İmtahan Mərkəzində imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xəbər lenti