Xəzər Xəbər

Oğru qadınlar polisə yaxalanmamaq üçün küçədə soyundular - Türkiyədə qəribə hadisə VİDEO

Veb TV | 11:58 • 9 Aprel 2021
Oğru qadınlar polisə yaxalanmamaq üçün küçədə soyundular - Türkiyədə qəribə hadisə

Türkiyədə oğurluq edən iki qadın polisə yaxalanmamaq üçün qeyri-adi üsula əl atıb.

XəzərXəbər Show TV-yə istinadən xəbər verir ki, mağazalardan oğurluq edən bir qrup qadın və uşaq polisin hədəfinə tuş gəlib.

Onlar yaxalanmamaq üçün gizlənsələr də, polis izlərinə düşüb.

Qadınlar küçənin ortasında soyunduqlarından polislər çılpaq qadınları kənardan izləyib və müdaxilə edə bilməyiblər. Bu səbəbdən əraziyə qadın polislər çağırılıb və küçədə soyunanlar saxlanılıb.

Sosial şəbəkələrdə yayılan və böyük müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:

Xəbər lenti