Xəzər Xəbər

Bayden ardıcıl üç dəfə büdrəyərək yıxıldı VİDEO

Veb TV | 13:03 • 20 Mart 2021
Bayden ardıcıl üç dəfə büdrəyərək yıxıldı

ABŞ Prezidenti Co Bayden Endryus hərbi bazasından Corciyaya səfər gedərkən insident yaşanıb.

XəzərXəbər xəbər verir ki, Bayden prezident təyyarəsinin pilləkənlərini qalxarkən 2 dəfə büdrəyib, 3-cü dəfə isə yıxılıb. Daha sonra Co Bayden zədələnmiş ayağını ovuşdurub və onu yola salanlara əl yelləyib.

Qeyd edək ki, Prezident Bayden bu həftə masaj salonunda baş verən atışmadan sonra asiyalı icma liderləri ilə planlaşdırılan görüş üçün Corciya ştatına səfərə gedib.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti