Xəzər Xəbər

"Qalatasaray" doğma meydanda uduzdu VİDEO

Veb TV | 14:35 • 20 Mart 2021
"Qalatasaray" doğma meydanda uduzdu

Türkiyə Superliqasında 31-ci tura start verilib.

İlk oyun günündə 2 matç baş tutub. "Fateh Qaragümrük" doğma meydanda "Kayserispor"a 3:0 hesabı ilə qalib gəlib. "Qalatasaray" isə "Rizespor"u qəbul edib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" 61 xalla 2-ci, "Rizespor" 34 xalla 12-cidir. Turnir cədvəlinə 63 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbaxça" 58 xalla 3-cüdür.

Türkiyə Superliqasının 31-ci turunda keçirilən "Qalatasaray" - "Çaykur Rizəspor" matçından (3:4) hazırlanmış videoicmalı təqdim edirik.

Xəbər lenti