Xəzər Xəbər

Türkiyədə dedektor itlər yetişdirildi: Koronavirus xəstələrini saniyələr içində... VİDEO

Veb TV | 09:28 • 20 Mart 2021
Türkiyədə dedektor itlər yetişdirildi: Koronavirus xəstələrini saniyələr içində...

Ankara Universiteti ilə Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatının (TÜBİTAK) birgə rəhbərliyi ilə icra edilən layihə çərçivəsində yeni tip koronavirusunu aşkarlayan dedektor itlər yetişdirilib.

Paytaxt Ankarada baş tutan təqdimatda içində koronavirus xəstələrinə aid maskaların olduğu bağlamalar 9 qutudan birinə yerləşdirilib. “Border Collie” cincindən olan Zippo adlı it onu saniyələr içində axtarıb-tapıb.

Ankara Universiteti Baytarlıq fakültəsinin dekanı, professor Ender Yarsan koronavirus diaqnozunda Türkiyədə ilk dəfə dedektor itlərdən istifadə ediləcəyini bildirib. Professor deyib ki, onların vasitəsilə “Covid-19”un diaqnozu təyin etmək 100 faiz mümkün olur./publika.az

Xəbər lenti