Xəzər Xəbər

Jurnalistlərin qarla sınağı - Çətinliklə də olsa, işə çatmağa müvəffəq olduq! VİDEO

Bir çox peşə sahibləri kimi bu gün işə gəlməyə məcbur olan jurnalistlər də böyük çətinliklə qarşılaşıblar.
Veb TV | 20:32 • 24 Fevral 2021
Jurnalistlərin qarla sınağı - Çətinliklə də olsa, işə çatmağa müvəffəq olduq!

Qar yağdı, şaxta və ya boran oldu bu insanlar üçün fərqi yoxdur. Mütləq işə gəlməli və izləyiciləri məlumatlandırmalıdırlar. Söhbət jurnalistlərindən gedir. Bir çox peşə sahibləri kimi bu gün işə gəlməyə məcbur olan jurnalistlər də böyük çətinliklə qarşılaşıblar. Həmin çətinliklərlə bağlı isə əməkdaşımız Elmar Həbibli reportaj hazırlayıb. 

Yəqin səhər tezdən evdən çıxamağa məcbur olan hər kəs çovğunla qarşılaşdı. Bunu görüb evə qayıdanlar da oldu, bizim kimi yoluna davam edənlər də. 

Yolboyu qara batdığından tərk edilmiş və yaxud sürüşən avtomobillərin yanından keçərək bərabər şəkildə işə getmək üçün müxbir həmkarım Ramal Abdullayev və baş redaktor Natiq Pənahlıya çatıram. Seçdiyimiz ilk yoldan getmək cəhdimiz uğursuz alınır.

"Jurnalistin iş saatı olmur, xəbər olan hər yerdə jurnalist iş başındadır" prinsipi ilə yanaşaraq işimizi elə mobil telefonlarımızla görməyə başladıq. 

Uzun mübarizədən sonra Bakı-Sumqayıt yoluna çıxmağı bacarsaq da, burda da vəziyyət eyni idi. 

Xəbər lenti