Xəzər Xəbər

Bakıya qar yağdı - Nəqliyyatın hərəkəti iflic oldu VİDEO

Veb TV | 20:41 • 24 Fevral 2021
Bakıya qar yağdı - Nəqliyyatın hərəkəti iflic oldu

Qar və Bakı yolları. Bu günkü mənzərə işə tələsən həm sərnişin, həm də sürücülərə məlumdur.  İflic bir vəziyyət.  Yolların təmizləndiyi deyilsə də, bəzi mərkəzi küçələr belə buz bağlayıb. Avtomobillərin hərkəti xeyli çətinləşib. Aidiyyatı qurum  məlumat  verir ki, Bakı daxilində qarın təmizlənməsi üçün 50-dən artıq texnika cəlb edilib. Lakin  qar intensiv olduğundan onların da  işi xeyli çətinləşib. Vəziyyətdən sürücülər də haqlı olaraq  razı deyillər. 

Mərkəzi yollar buz bağlayıb. Avtomobillər çətinliklə hərəkət edir. Sürüşən kim, yolda qəzaya uğrayan kim.

Dünən axşamdan başlayaraq paytaxta yağan intensiv qar yolları iflic hala salıb. Hətta təmizləndiyi deyilən mərkəzi küçələr belə buz bağlayıb. 

Yolların qardan təmizlənməsi işləri sürücülərin ürəyincə olmayıb. Əksər sürücü bu gün avtomobil idarə etməkdə çətinlik çəkib.

Elə biz də çəkiliş aparan zaman cəmi 1 yerdə qar təmizləyən avtomobillərə rast gəldik. 

Paytaxtətrafı qəsəbələrdən gələnlər deyirlər ki, mərkəzi yollar nisbətən təmizlənsə də, kənd və qəsəbə yolları ümumiyyətlə keçilməz olub. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Şöbə müdiri Coşqun Cəbrayılov bildirdi ki, qarın intensiv yağması onların işini xeyli çətinləşdirib.

Coşqun Cəbrayılov onu da bildirdi ki, qurumun 50 xüsusi təyinatlı texnikası dünən gecədən yollardadır və qarın təmizlənməsi işlərinə cəlb olunub.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirildi ki, gecədən başlayaraq ölkə əhəmiyyətli yolların qardan təmizlənməsi işləri aparılıb. O cümlədən paytaxtda Heydər Əliyev, Ziya Bünyadov prospektləri və Dairəvi yol kimi böyük yollar da gecədən başlayaraq mütəmadi olaraq qardan təmizlənir

Xəbər lenti