Xəzər Xəbər

Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır

Texnologiya | 18:24 • 29 May 2024
Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayır

Son illər müdafiə sənayesi sahəsi üzrə mühüm layihələrə imza atan Türkiyə yeni nəsil texnologiyalarla təchiz edilmiş yerli istehsal “Altay” tankının kütləvi istehsalına başlayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün açıqlayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə edilən təcrübələr əsasında yeni xüsusiyyətlər əlavə edilən “Altay” müasir döyüş mühitinin şərtlərinə uyğun olaraq təkmilləşdirilib. Ən son rəqəmsal texnologiyaların əlavə edilməsi ilə istifadə qabiliyyəti artırılan tank hədəfin müəyyən edilməsi və atəş açmaq üçün daha həssas-çevik vəziyyətə gətirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024