Xəzər Xəbər

Real" 15-ci dəfə Çempionlar Liqasının qalibidir

İdman | 01:26 • 2 İyun 2024
Real" 15-ci dəfə Çempionlar Liqasının

UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub.

Final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib.  İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

ÇL-in ən titullu klubu olan "Real" ümumilikdə 15 dəfə (1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022, 2024) bu kuboku başı üzərinə qaldırıb. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olmuşdu.

Bugünkü final matçı Toni Kroosun "Real"dakı son oyunu olub. O, Almaniya yığması ilə Avro-2024-də iştirak etdikdən sonra karyerasını başa vuracaq.

Həmçinin "Borussiya"nın futbolçusu Marko Roys da komandada son oyununa çıxıb.

1 iyun

UEFA Çempionlar Liqası
Final

23:00 "Borussiya" Dortmund (Almaniya) – "Real" (İspaniya) - 0:2

Qollar: Dani Karvahal, 74 (0:1), Vinisius Junior, 83, (0:2)
Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London. "Uembli" stadionu (qol.az)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024