Xəzər Xəbər

Metroda qatarların hərəkəti bərpa olunub

Hadisə | 14:35 • 2 İyun 2024
Metroda qatarların hərəkəti

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:

"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib"

Qeyd edək ki, metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

13:26

"28 May" stansiyasına qatar daxil olanda sərnişin stansiya yoluna düşüb.

Bakı metrosundan bildirilib ki, baş verən hadisə səbəbindən xətlərdə yubanma var.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024