Xəzər Xəbər

Hansı geyim rənginin ağcaqanadları cəlb etdiyi açıqlanıb

Maraqlı | 18:26 • 27 May 2024
Hansı geyim rənginin ağcaqanadları cəlb etdiyi açıqlanıb

ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, bu həşəratlar təkcə insanın bədən qoxusuna deyil, həm də müəyyən geyim rənglərinə reaksiya verir.

“Nature Communications” jurnalında dərc olunmuş məqalədə qeyd edilir ki, Vaşinqton Universitetinin biologiya professoru Ceffri Riffelə görə, görünən spektr dalğaları ağcaqanadları cəlb edir. Yəni, qırmızı, çəhrayı və boz rəngli paltarlar bu həşəratların sizi daha aydın görməsinə səbəb olur.

Ağcaqanadlardan qorunmaq üçün həmin rənglərdən imtina edilməsini məsləhət görən alimlər qeyd edirlər ki, bənövşəyi, mavi, ağ və yaşıl rəngli paltarlar bu həşəratları cəlb etmir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024