Xəzər Xəbər

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin QALİBİ OLDU

İdman | 15:00 • 2 İyun 2024
Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open" beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, son tura lider kimi başlayan qrossmeyster yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open"i qalib kimi başa vurub. Şahmatçımız həm də 16 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

Turnirdə 6,5 xal toplayan Azərbaycanın digər iti zəka sahibi Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə şahmatçı 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətilə təbrik edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024