Xəzər Xəbər

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Texnologiya | 13:12 • 28 May 2024
“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Google texnologiya korporasiyasının törəmə müəssisəsi olan “Wing” şirkəti Hindistan bazarında genişlənmə planları çərçivəsində Tamil Nadu əyalətində pilotsuz uçuş aparatlarının (PUA) istehsalını nəzərdən keçirir.

“Indian Defense News” portalı yazır ki, şirkət artıq ştatın səlahiyyətliləri ilə PUA zavodunun işə salınması ilə bağlı danışıqlar aparır. Əgər danışıqlar uğurla nəticələnərsə, Cənubi Asiya ölkəsində istehsal olunan PUA-lar ABŞ və Avstraliyaya ixrac ediləcək.

Portalın məlumatına görə, Hindistan pilotsuz uçuş aparatları bazarında eksponent artım müşahidə olunacaq. Proqnozlara görə, 2030-cu ilə qədər Hindistanda dron bazarının həcmi 13 milyard dollara çatacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024