Xəzər Xəbər

“SpaceX” yeni nəsil xəfiyyə peyklərinin ilk partiyasını buraxmağa hazırlaşır

Texnologiya | 15:45 • 23 May 2024
“SpaceX” yeni nəsil xəfiyyə peyklərinin ilk partiyasını buraxmağa hazırlaşır

“SpaceX” şirkətinin “Falcon 9” raketi ABŞ-ın Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin (NRO) sifarişi ilə kiçik kosmik aparatları orbitə çıxarıb.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, raket Kaliforniyanın Vandenberq hərbi hava bazasından buraxılıb. Adı NROL-146 olaraq müəyyənləşdirilən gizli missiya, bu il “SpaceX” şirkətinin sayca 52-ci buraxılışıdır.

NRO-nun xahişinə əsasən, “SpaceX” raketin yuxarı hissəsinin faydalı yükü orbitə necə çıxardığını nümayiş etdirməyib və onun eniş etməsindən sonra yayımı dayandırıb. ABŞ-ın Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi bu missiya çərçivəsində neçə peykin və aparatın buraxıldığını açıqlamayıb. Agentlik rəsmiləri daha əvvəl 2024-cü ildə altı uçuşun planlaşdırıldığını, əsas məqsədin isə orbitdəki kosmik gəmilərin sayını dörd dəfə artırmaqdan ibarət olduğunu bildiriblər.

Xəbər lenti