Xəzər Xəbər

Droqba Mbappenin 10 il əvvəlki arzusunu reallaşdırdı VİDEO

Veb TV | 15:42 • 3 Dekabr 2019
Droqba Mbappenin 10 il əvvəlki arzusunu reallaşdırdı

"Çelsi"nin əfsanəvi oyunçusu Didiyer Droqba "Qızıl top"un təqdimat mərasimində maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, Droqba Mappe ilə bağlı 10 il əvvəlki xatirəsini bölüşüb:

"10 il əvvəl "Çelsi" - "Barselona" oyunundan sonra 1 uşaq yaxınlaşaraq şəkil çəkdirmək istədi. Mən isə nəticə və idarəçilik səbəbindən "yox" dedim. Sonradan o uşağın Mbappe olduğunu öyrəndim. İndi borcumu qaytarmaq istəyirəm".

Droqba bu sözləri dedikdən sonra telefonunu çıxararaq Mbappe ilə selfi çəkdirib.

Xəbər lenti