Xəzər Xəbər

FHN yanan Milli Parka amfibiya təyyarə göndərdi VİDEO

Veb TV | 18:13 • 21 Avqust 2019
FHN yanan Milli Parka amfibiya təyyarə göndərdi

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün işlər davam etdirilir. Yanğın Mürəkkəb relyefli dağlıq ərazidə yerləşən meşə massivindədir.

Yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 ha ərazini əhatə edir. Mürəkkəb relyef ərazisinə texnikaların hərəkəti mükün olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin 248 nəfərdən ibarət canlı qüvvəsi, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti,FHN-in Aviasiya dəstəsinin ikihelikopterivə"BE 200 ÇS" amfibiya təyyarəsi cəlb olunub. Elcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər yanğının qarşsını almaqdan ötrü əraziyə gəlib.

Hirkan milli parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayında yanğının başvermə səbəbi kimi insan faktoru istisna edilmir. Lakin yaşayış məntəqələrindən uzaq olduğu üçün insanlar üçün təhlükə yoxdur.

Xəbər lenti