Xəzər Xəbər

Abşeronda silahla gəzən şəxs saxlanıldı VİDEO

Veb TV | 17:58 • 21 Avqust 2019
Abşeronda silahla gəzən şəxs saxlanıldı

Abşeron sakini silahla saxlanıldı. Qobu qəsəbə sakini Elşən Əbdülkərimov öz həmkəndlisinə silah çıxartdığına görə tutulub.

Məlum olub ki, əvvəllər torpaq alqı satqısı ilə məşğul olan Elşən Əbdülkərimov, bir neçə il öncə razılaşma yolu ilə başqasına torpaq satıb və torpagın sənədlərində problem çıxıb.

O, üzərində gəzdirdiyi pnevmatik tapançanı qorxutmaq məsədi ilə istifadə etdiyini desə də, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb. Məsələ ilə bağlı dərhal Abşeron rayon Polis İdarəsinə məlumat verilib.Elşən Əbdülkərimov isti izlərlə saxlanılaraq Polis idarəsinə gətirilib.

Daşınmaz əmlakın alqı-satqısı ilə məşgul olan şəxslər məsləhət görür ki, kiminsə evini və torpağını alıb satanda sənədlərə diqətlə baxılmalı, doğruluğu yoxlanmalıdır.

Maklerin istifadə etdiyi pnevmatik tapança isə maddi subut kimi götürülərək, istintaqa təhvil verilib.Fakatla bağlı araşdırma aparılır.

Xəbər lenti