Xəzər Xəbər

Bayram günlərində necə qidalanmalı... FAYDALI MƏLUMAT - VİDEO

Veb TV | 20:39 • 12 Avqust 2019
Bayram günlərində necə qidalanmalı...

Qovurmalar, kabablar, qoyun ətindən hazırlanan müxtəlif təamlar... Bu günlərdə süfrələrimizi ancaq bu tipli yeməklər bəzəyir.

Lakin tərkibi zülallarla zəngin olan bu cür ağır və ləzzətli yeməklər orqanizmi yükləyir. Bəs necə etməliyik həm dadlı yeməklərdən qalmayaq, həm də orqanizmimizə ziyan verməyək...

Xezerxeber.az-ın məlumatına görə, dietoloq Ləman Süleymanova bildirir ki, tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sulardan içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, həzmi rahatlaşdıracaq göyərti və ağartı məhsulları da mütləq olmalıdır. Ağır yeməklərdən əvvəl belə yüngül qidalar və salatlar yeyilməlidir.

yeməkdən dərhal sonra meyvə yemək tövsiyə olunmur. Yediklərinizin asan və rahat həzmi üçün isə yeməkdən yarım saat sonra bitki çayi içmək məsləhət görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti