Xəzər Xəbər

Türkiyədə DƏHŞƏTLİ HADİSƏ 10 ölü, 30 yaralı - VİDEO

Veb TV | 11:19 • 26 İyun 2019
Türkiyədə DƏHŞƏTLİ HADİSƏ

Türkiyənin Ədirnə əyalətində ağır yol qəzası baş verib.

Anadolu agentliyi xəbər verir ki, qaçqınların olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər həyatını itirib. 30-a qədər yaralı var. Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq, ağaca çırpılıb.

Dərhal əraziyə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları yaxınlıqdakı xəstəxanalara yerləşdirib. Onların hansı ölkənin vətəndaşları olduğu hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır./Redaktor.az


Xəbər lenti