Xəzər Xəbər

Şamaxıda biçilməmiş taxıl sahələri yandı VİDEO

Veb TV | 19:08 • 23 İyun 2019
Şamaxıda biçilməmiş taxıl sahələri yandı

Şamaxı rayonunun Çarhan kəndindəki taxıl sahəsində baş verən yanğın söndürülüb.

Nəticədə 10 hektar ərazidə biçilmiş və biçilməmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Şamaxı ilə yanaşı İsmayıllı və Qobustan rayonlarının yanğından mühafizə idarələrinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Xəbər lenti