Xəzər Xəbər

Həbsxanada öyrəndiyi sənətlə ailəsini dolandırır VİDEO

Veb TV | 19:00 • 23 İyun 2019
Həbsxanada öyrəndiyi sənətlə ailəsini dolandırır

Qubada yaşayan keçmiş məhbus həbsdə olarkən oyma sənətini öyrənib. Azadlığa çıxdıqdan sonra da bu sənətini davam etdirib. Hazırda o, həbsxanada öyrəndiyi sənətlə ailəsini dolandırır.

Həbsxanada öyrəndiyi sənətlə ailəsini dolandırır.

Söhbət Qubanın dağlıq Töhmər kəndində yaşayan Murad Ağayevdən gedir. O kiçik bir səhvinin ucbatından həbsə düşüb.Cəza çəkdiyi dövr ərzində oyma sənətini öyrənib. Murad Ağayevin sözlərinə görə,həbsxanada qaldığı müddətdə fikirini yayındırmaq və adaptasiya olmaqdan ötrü müxtəlif yollar axtarıb. Çıxış yolunu isə cəzaçəkmə müəssisəsinin emalatxanasında taxta oyma sənətini öyrənməkdə görüb.

Keçmiş məhbus hazırladığı əşyaları həm satır, həm də yaxınlarına hədiyyə edir. O, bəzi əl işlərini satmaq üçün rayon mərkəzinə də aparır.

Müxtəlifmateriyallardan istifadə edərək hazırladığı əl işlərinə ən azı 10 gün vaxt sərf edir.

Murad Ağayev bildirib ki, həbsdə olarkən bir neçə əl işi sərgilərdə də nümayiş olunub.

Xəbər lenti

Çox oxunanlar