Xəzər Xəbər

Bakıda iki nəfər qətlə yetirilib - VİDEO

Veb TV | 20:22 • 7 İyun 2019
Bakıda iki nəfər qətlə yetirilib -

Bakıda qadın bıçaqlı hücuma məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi Arif İsmayılov küçəsində baş verib.

Qəsəbə sakinləri ''102'' xidmətinə məlumat veriblər ki, bıçaq xəsarətləri alan bir qadın evlərdən birinin həyətində ölüb.

Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşarı gəliblər. Müəyyən ediblər ki, qətlə yetrilən qadın 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızıdır.

Ev sahibi Zeynəb Namazova həmin qadını tanımadıqlarını və ilk dəfə gördüklərini deyib. Hətta qonşular da onu tanımadıqlarını bildiriblər.

Qeyd edək ki, qətlə yetirilən qadının baldızı polislə birlikdə hadisə yerinə gəlib, meyti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparıblar.

Hadisədən bir neçə saat sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub. Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Polis əməkdaşları xilasedicilərlə birlikdə onu fikrindən yayındıraraq xilas ediblər. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, intihara cəhd edən şəxs 37 yaşlı Fərhad Abışovdır.

Fərhad Abışov 38 yaşlı Kəmalə Mikayılovanın qətlində şübhəli bilinir.

Ötən gün isə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Cinayətkar hadisə yerini tərk edib, ev sahibi isə hadisə yerində ölüb. Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini müəyyən edilib və rayon ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb hadisələrin dəqiq təfərrüatı araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti