Xəzər Xəbər

Güclü külək rayonlarda bir sıra fəsadlar törədib VİDEO

Veb TV | 19:04 • 26 May 2019
Güclü külək rayonlarda bir sıra fəsadlar törədib

Ötən gecə Azərbaycanın şimal və şimal-qərb bölgəsində əsən güclü külək fəsadlar törədib. Qusarda bir neçə məktəbin dam örtüyü uçub. Rayon ərazisinin 70 fazinin elektrik enerjisi kəsilib. Şəkidə isə ağac evin üstünə aşıb.

Güclü külək rayonlarda bir sıra fəsadlar törədib. Ötən gün axşam saatlarında əsən güclü külək daha çox Qusar rayonunda təsirli olub.

Şəhərdaxili və kənd yollarında ağaclar aşaraq avtomobillərin hərəkətini məhdudlaşdırıb.Külək həmçinin Qusar şəhər 2 saylı orta məktəbin,Yasab kənd məktəbinin dam örtüyünün bir hissəsini uçurub.

Rayonun63 yaşayış məntəqəsinə eləktrik enerjisinin verilməsi dayandırılıb.

Aşan agaclar bir neçə avtomobilə də ziyan vurub.Hadisə ilə əlaqədar Qusar rayon Fövqaladə Hallar Komissiyası dərhal müvafiq tədbirlər həyata keçirməyə başlayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə yaşayış məntəqlərinin bir qisminə enerji verilişi bərpa edilsə dədigər ərazilərdə bərpa işləri davam etdirilir.

Dünən axşam saatlarında əsən güclü külək və yağış Şəkidə də fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub.RayonunMəmməd Emin prospektində külək iri gövdəli ağacı aşırıb.Nəticədə Davudovlar ailəsinə məxsus evindamı yararsız vəziyyətə düşüb.Hadisə nəticəsində ərazidən keçən qaz magistralının, işıq xəttlərinin zədələnməsi nəticəsində elekrik və qaz verilişində fasilələr yaranıb.

Şəkinin Şin kəndində də üç evinin dam örtüyü dağılıb. Həmçininfərdi təsərrüfatlara da ziyan dəyib.

Yaranmış fəsadların aradan qaldırılması üçün aidiyyatı qurumlarişlərə başlayıblar.

Goranboya isə dolu yağıb.Yerli sakinlərin sözlərinə görə, yağan dolu əsasən üzərində meyvələr olan ağaclara təsir göstərib.

Xəbər lenti