Xəzər Xəbər

Ərdoğanın yaşlı qadınla söhbəti izlənmə rekord qırdı VİDEO

Veb TV | 15:49 • 18 May 2019
Ərdoğanın yaşlı qadınla söhbəti izlənmə rekord qırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolda avtomobilini saxlayaraq yaşlı bir qadınla söhbət edib.

Teleqraf.com xəbər verir ki, qısa söhbətdə qadın və prezident qarşıdan gələn bələdiyyə seçkiləri haqda danışıb.

Ərdoğanın "Kimə səs verəcəksən?” sualına qadın "Allah bilir” cavabını verib. Qadının "Hər halda sizinlə qarşılaşdığıma görə…” sözü isə Ərdoğanı güldürüb.

Prezident səmimi söhbətin sonunda yaşlı qadının əlini öpüb.

Hadisənin görüntüsü sosial şəbəkədə izləmə rekordu qırıb.

Xəbər lenti